Münhendə II Dünya müharibəsindən qalma bomba partladı, 3 yaralı var

Münhendə II Dünya müharibəsindən qalma bomba partladı, 3 yaralı var
Oxunma sayı: 1469

Almaniyanın Münhen şəhərində inşaat meydançasında bombanın partlaması nəticəsində 3 nəfər yaralanıb.

“Qafqazinfo” “Bild” nəşrinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, həmin ərazidə İkinci Dünya müharibəsi dövründən qalan bomba partlayıb. 

Partlayışın səsi bir neçə kilometr məsafədən eşidilib. İnsidentlə bağlı digər detallar bəlli deyil.