Münhen hava limanında bu səbəbə görə 36 reys təxirə salındı

Münhen hava limanında bu səbəbə görə 36 reys təxirə salındı
Oxunma sayı: 1150

Almaniyanın Münhen hava limanında bu gün baş verən tətil səbəbindən 36 reys təxirə salınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Münhen Hava Limanı açıqlama yayıb.

Bildirilib ki, yerüstü xidmət göstərən işçilər səhər saat 10:00-dan axşam saat 15:00-dək tətil ediblər.

Qeyd edək ki, həmkarlar ittifaqı hava limanında baqaj, yük daşımaları və daşıma xidmətləri göstərən işçilərin maaşlarının 10 faizdən çox artırılmasını tələb edir.