Müharibə belə Kiyevin gözəlliyinə toxuna bilmədi... - Fotolar

Müharibə belə Kiyevin gözəlliyinə toxuna bilmədi...
Oxunma sayı: 4950

Rusiyanın fevralın 24-ü Ukraynaya qarşı başladığı müharibə hələ də davam edir. Minlərlə insanın həlak olduğu və ya yaralandığı ölkəni müharibə azmış kimi hazırda qar da ağuşuna alıb.

“Qafqazinfo” xəbər verir ki, sinoptiklər şaxtalı havanın bir neçə gün davam edəcəyini, artıq gələn həftənin ortalarından etibarən havanın temperaturunun gündüzlər -2°C, gecələr isə -5°C-yə enəcəyini açıqlayıblar. Qış tez gəldiyi üçün paytaxt sakinlərinə təhlükəsizlik qaydaları ilə bağlı xəbərdarlıq edilib.

Sosial şəbəkələrdə artıq aylardır raket zərbələri endirilən və elektrik enerjisinin kəsilməsi nəticəsində işıqsız qalan Kiyevdən qarlı görüntülər yayılıb. Fotolardan da görmək mümkündür ki, müharibə Ukrayna paytaxtının əsrarəngiz gözəlliyinə zərrə qədər də olsa, xələl gətirməyib.

Həmin fotoları təqdim edirik: