MTN polkovnikinə hökm oxundu

MTN polkovnikinə hökm oxundu
Oxunma sayı: 6036

Külli miqdarda dələduzluqda ittiham olunan MTN polkovniki Bahadır Qocayevə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan cinayət işi üzrə araşdırma bu gün yekunlaşıb. Hökmə əsasən, sabiq “MTN-şik” 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o, vaxtilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki və Lənkəran Dövlət Universitetinin (LDU) prorektoru olub. 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib.

Həmçinin oxuyun: Keçmiş MTN polkovniki həbs edilib

Eldar Mahmudovun MTN-ə rəhbərlik etdiyi dövrdə nazirliyin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb. 2016-cı ildə LDU-nun Ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən də azad edilib.

Amin Nəzərli