“Moskvanın bu mövzuda danışmağa haqqı yoxdur” - Stoltenberq

“Moskvanın bu mövzuda danışmağa haqqı yoxdur”
Oxunma sayı: 1944

NATO Rusiyaya xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NATO Xarici İşlər Nazirlərinin Latviyanın paytaxtı Riqadakı görüşündə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Ukraynanın ərazi bütövlüyünə dəstəyimiz dəyişməzdir”, - Stoltenberq bildirib.

İki günlük görüşün gündəmində Ukrayna-Rusiya sərhədindəki gərginlik olub.

Stoltenberq bildirib ki, Rusiyanın Ukraynaya mümkün hücumunun ağır nəticələri olacaq:

"Bu, iqtisadi və siyasi nəticələr olacaq".

O, əlavə edib ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərarı alyans verəcək və Moskvanın bu mövzuda danışmağa haqqı yoxdur.