Moskvada yanğın zamanı 1 uşaq öldü, 8 yaralı var - Foto

moskvada-yangin-zamani-1-usaq-oldu-8-yarali-var
Oxunma sayı: 1255

Rusiyada yaşayış binasında güclü yanğın baş verib.

"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Moskva şəhər Leninski prospektində yerləşən yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınıb. 

Yanğın nəticəsində 1 uşaq həlak olub, 5-i azyaşlı olmaqla 8 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğının başvermə səbəbi məlum deyil. Araşdırma aparılır.