Moskvada daha 75 nəfər koronavirusun qurbanı oldu

Moskvada daha 75 nəfər koronavirusun qurbanı oldu
Oxunma sayı: 317

Moskvada son sutka ərzində daha 75 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 8 530-a çatıb.

Moskvada ümumilikdə 566 mindən çox insan koronavirusa yoluxub, 416 mindən çox pasiyent xəstəliyə qalib gəlib.