Moskvada daha 14 nəfər koronavirusdan öldü

Moskvada daha 14 nəfər koronavirusdan öldü
Oxunma sayı: 577

Moskvada sutka ərzində daha 14 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 599-a çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 892 654, ölənlərin sayı isə 15 001 nəfərdir. Ölkədə 180 972 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.