Moskvada daha 13 nəfər koronavirusdan öldü

Moskvada daha 13 nəfər koronavirusdan öldü
Oxunma sayı: 543

Moskvada sutka ərzində daha 13 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 534-ə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 866 627, ölənlərin sayı isə 14 490 nəfərdir. Ölkədə 183 111 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.