Moskvada daha 12 nəfər koronavirusdan öldü

Moskvada daha 12 nəfər koronavirusdan öldü
Oxunma sayı: 544

Moskvada sutka ərzində daha 12 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 546-ya çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 871 894, ölənlərin sayı isə 14 606 nəfərdir. Ölkədə 180 931 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.