Moskva Vaşinqtonu üçüncü ölkələrdən nüvə silahlarını çıxarmağa - Çağırdı

Moskva Vaşinqtonu üçüncü ölkələrdən nüvə silahlarını çıxarmağa
Oxunma sayı: 1119

“ABŞ üçüncü ölkələrdən nüvə silahlarını çıxarmalıdır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini İqor Vişnevetski deyib.

O vurğulayıb ki, NATO açıq şəkildə özünü nüvə ittifaqı elan edir və ABŞ-ın nüvə silahları onlardan istifadəni təcrübədən keçirən qeyri-nüvə ölkələrinin ərazisində yerləşir.

Vişnevetski bunu təhlükəsizliyə mənfi təsir edən, nüvə münaqişəsi riskini artıran amil adlandırıb.