Moskva isti havalarla əlaqədar “narıncı” təhlükə elan etdi

Moskva isti havalarla əlaqədar “narıncı” təhlükə elan etdi
Oxunma sayı: 1955

Rusiyanın paytaxtı Moskvada 30-32 dərəcə yüksək temperatur səbəbiylə “narıncı” təhlükə səviyyəsi elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiyanın Hidrometeorologiya Mərkəzi məlumat yayıb.

Meteoroloji xidmətdən verilən məlumata görə, xəbərdarlıq iyunun 25-i və 26-sı saat 12.00-dan 18.00-dək qüvvədə olacaq.

Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand yaxın günlərdə Moskvada ultrabənövşəyi şüalanmanın yüksək səviyyədə olacağını bildirib. O, gündüzlər günəş altında olmamağı və uzunqol geyinməyi tövsiyə edib.