Monteneqroda üçgünlük matəm elan olunacaq - Yenilənib

Monteneqroda üçgünlük matəm elan olunacaq
Oxunma sayı: 2251

Monteneqronun Çetinye şəhərində bir nəfər öz ailəsinə, daha sonra polisə və yoldan keçənlərə atəş açıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər ölüb, 6 nəfər yaralanıb.

Çetinye polisindən verilən açıqlamada 34 yaşlı təcavüzkarın aralarında uşaqlar və polislər də daxil olmaqla çox sayda insana atəş açdığı qeyd edilib.

“Mən bütün Monteneqro vətəndaşlarını günahsız qurbanların ailələri, qohumları, dostları və Çetinye vətəndaşlarının yanında olmağa çağırıram. Monteneqro daha əvvəl belə faciə görməmişdi", - Monteneqronun Baş naziri Dritan Abazoviç açıqlamasında bildirib.

***

Çetinye faciəsi ilə əlaqədar Monteneqro hökuməti üçgünlük matəm elan edəcək.