Mişustin iqtisadiyyatın bərpa planını açıqladı

Mişustin iqtisadiyyatın bərpa planını açıqladı
Oxunma sayı: 642

Rusiya Prezidenti Vladimir Putin və Baş Nazir Mixail Mişustin koronavirus pandemiyasından sonra ölkədə iqtisadiyyatın bərpa edilməsi planının detallarını müzakirə edib.

“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, dövlət başçısı vurğulayıb ki, hazırda dövlətin məqsədi yalnız vəziyyəti sabitləşdirmək deyil, həm də vətəndaşlara və müəssisələrə dəstək verməkdir.

Mişustinin sözlərinə görə, sözügedən plan müxtəlif tədbirlər toplusunu nəzərdə tutur. Bildirilib ki, bərpa dövrünün sonunda iqtisadiyyat böhrandan əvvəlki səviyyədən də yüksək artım tempinə malik olmalıdır. Belə ki, planın özü üç mərhələyə bölünür: bu ilin sonuna qədər sabitləşmə, 2021-ci ilin ikinci rübünə qədər davam edəcək bərpa mərhələsi və gələn ilin dördüncü rübünə planlaşdırılan artım mərhələsi.

Qeyd edək ki, V. Putin aprel ayının sonunda koronavirus səbəbiylə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərdən sonra iqtisadiyyatın bərpası üçün milli fəaliyyət planının hazırlanması barədə təlimat vermişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi