Mişustin Əli Əsədova zəng etdi

Mişustin Əli Əsədova zəng etdi
Oxunma sayı: 1588

Rusiya Baş naziri Mixail Mişustin azərbaycanlı həmkarı Əli Əsədova zəng edib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə edilib.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.