Misirdə sosial şəbəkə paylaşımına görə 5 qadın həbs edildi

Misirdə sosial şəbəkə paylaşımına görə 5 qadın həbs edildi
Oxunma sayı: 3783

Misirdə sosial şəbəkə fenomeni olan 5 qadın 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, onlar “ictimai əxlaqı pozmaq”da günahlandırılırlar. TikTok və instaqramda paylaşımlar edən qadınların milyonlarla izləyicisi var. Onlar 2 illik həbs cəzasından əlavə adambaşına 300 min Misir funtu (18 750 ABŞ dolları) cərimə ödəyəcəklər.

Vəkillərinin fikrincə, qadınlara qarşı bu münasibət onların “aşağı təbəqəyə mənsub olmalarına görədir”.

Qeyd edək ki, apreldə həbs edilən blogerlərdən biri sonuncu paylaşımında izləyicilərin onunla birlikdə işləyərək pul qazana biləcəkləri barədə elan vermişdi. Məhkum olunanlardan digəri isə satirik videosuna görə mayda saxlanılıb.