Mirzoyan Borrellə Qarabağı müzakirə edib

Mirzoyan Borrellə Qarabağı müzakirə edib
Oxunma sayı: 840

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrellə görüşüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tərəflər görüş zamanı bir sıra regional və beynəlxalq məsələlər, eləcə də Qarabağ məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Ararat Mirzoyan mayın 17-si Brüsselə iki günlük səfər edib.