Minneapolisdə də komendant saatı uzadıldı

Minneapolisdə də komendant saatı uzadıldı
Oxunma sayı: 1088

ABŞ-ın Minnesota ştatının qubernatoru Tim Uolts Minneapolis şəhərində komendant saatını iki gün uzadıb. “Qafqazinfo” bildirir ki, bu barədə o, Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, komendant saatı çərşənbə və cümə axşamı günləri yerli vaxtla saat 22:00-dan 04:00-dək tətbiq olunacaq. Bununla da şəhərdəki məhdudlaşdırıcı tədbirlər bir həftə davam edəcək.

Qeyd edək ki, Minneapolis şəhərində (Minnesota ştatı) polis tərəfindən saxlanılmasından sonra ölən afroamerikalı Corc Floyda görə ölkəni etiraz aksiyaları bürüyüb, bir neçə ştat və şəhərlərdə komendant saatı elan edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi