Millimizin oyununu 15 minədək uşaq izləyəcək

Millimizin oyununu 15 minədək uşaq izləyəcək
Oxunma sayı: 617

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla səfər matçını stadionda 15 minə yaxın uşaq izləyəcək.

“Qafqazinfo”nun məlumatına görə, UEFA bundan əvvəl Macarıstan millisinə bir oyunluq cəza verib. Bu səbəbdən Macarıstan Futbol Federasiyası “Qroupama Arena”da 14 yaşdan kiçik azarkeşləri toplayacaq. Federasiya beş gün ərzində, təxminən, 15 minə yaxın müraciəti qeydiyyata alıb. Bu səbəbdən stadionun qapıları daha erkən açılacaq.

Xatırladaq ki, Macarıstan yığması azarkeşlərin sentyabrın 9-da Slovakiya ilə ev matçı zamanı irqçi davranışlara yol verməsi səbəbindən sanksiya ilə üzləşib. Qərara görə, milli növbəti ev oyununu azarkeşsiz keçirməli, federasiya isə 67,125 avro cərimə ödəməlidir.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 9-da Bəhreynlə səfərdə yoldaşlıq oyunu keçirəcək. Nikola Yurçeviçin komandası 4 gün sonra Macarıstan kollektivinin qonağı olacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi