Millimizin Avropa çempionatı təqvimi açıqlandı

Millimizin Avropa çempionatı təqvimi açıqlandı
Oxunma sayı: 853

Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı “D” qrupunun təqvimi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bildirilib ki, millimiz mübarizəyə yanvarın 22-də start verəcək.

Yığmamızın ilk rəqibi Gürcüstan seçməsi olacaq. Futzalçılarımız yanvarın 26-da İspaniya, üç gün sonra isə Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcəklər.

Millimizin oyunları Qroningen şəhərində keçiriləcək.