Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - Yenilənib

Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı
Oxunma sayı: 2692

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatındakı çıxışına başlayır.

“Qafqazinfo” xəbər verir ki, Joze Alesionun rəhbərlik etdiyi komanda D qrupunda mübarizə aparacaq. Millimiz ilk görüşünü Avropa çempionatının debütantı Gürcüstan millisinə qarşı keçirəcək.

17:30 Gürcüstan - Azərbaycan 

Qroningen, Niderland
"Martini Plaza" arenası

Hakimlər: Sedrik Pelisye (Fransa), Daniel Matkoviç (İsveçrə), Nikola Yeliç (Xorvatiya)

Qrupun digər oyununda isə 23:30-da İspaniya və Bosniya və Herseqovina milliləri üz-üzə gələcək.

***

Futzal üzrə milli komandamız Niderlandda keçirilən Avropa çempionatının ilk oyununda məğlub olub.

Gürcüstan - Azərbaycan - 3:2

Qollar: Elisandro, 9:31. Arçil Sebiskveradze, 26:54. Tales Feyto, 31:30-pen – Rafael Vilela, 5:14; 6:26.