“Milli bayramlarımızla bağlı düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur”

“Milli bayramlarımızla bağlı düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur”
Oxunma sayı: 1797

"Mənim təşəbbüsümlə milli bayramlarımızla bağlı Azərbaycan Milli Məclisi düzəlişlər edib. Hesab edirəm ki, bu düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur".

"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı vurğulayıb ki, bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu.