Məzuniyyətdə olan hərbçi qəza törətdi - Ölən var

Məzuniyyətdə olan hərbçi qəza törətdi
Oxunma sayı: 2333

Qusarda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Hil kəndi ərazisində 1994-cü il təvəllüdlü Hüseynov Tural Tərlan oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə 1993-cü ildə anadan olmuş Kamil Ədilxanovun sürdüyü “VAZ 2107” toqquşub.

Nəticədə K.Ədilxanov aldığı xəsarətlərdən vəfat edib. T.Hüseynov isə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əldə etdiyimiz məlumata görə, T.Hüseynov “N” saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusudur və qəza o, məzuniyyətdə olduğu zaman baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nizam Rza