Meyxanaçı Cavid Sumqayıtlı həbs edilib

Meyxanaçı Cavid Sumqayıtlı həbs edilib
Oxunma sayı: 8518

Tanınmış meyxanaçı Cavid Sumqayıtlı (Babaşov) həbs edilib. 

DİN-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhər sakini C. Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 15 may 2021-ci il tarixində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib. C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.

***

Daxili İşlər Nazirliyi meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) siyasi qafiyələrə görə həbs olunması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

"Qafqazinfo" xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə görə, bu iddialar əsassızdır: "İddia olunur ki, bir neçə il əvvəl dediyi hansısa qafiyəyə görə cəzalandırılır. Doğrudanmı bu iddiaları yayanlar o qədər təəssübkeşdir? Elədirsə, bu təəssübkeşlər məhkəmə prosesində iştirak edib, istintaq materialları ilə tanış ola bilər. Halbuki o, istintaqa öz əməlini etiraf edib.  

C.Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün cari ilin may ayında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib. 

Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Onun əməli istintaqla tam sübuta yetirilib. 

Onun cinayət işi üzrə istintaq hərəkətləri sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib".

Amin Nəzərli