Meymunlar koronavirus analizlərini oğurlayıb qaçdı - Video

Meymunlar koronavirus analizlərini oğurlayıb qaçdı
Oxunma sayı: 2242

Hindistanın Uttar-Pradeş ştatında qeyri- adi hadisə baş verib.

“Qafqazinfo” “İndia Today”ə istinadən xəbər verir ki, Hindistanın Mirut şəhərində koronavirus testi üçün alınan qan nümunələrini laboratoriyaya aparan bir işçiyə küçədə meymunlar hücum edib. Daha sonra isə onlar 3 test nümunəsini işçinin əlindən oğurlayaraq qaçıblar. Hindistan mətbuatında yayılan videoların birində isə meymunlardan birinin ağaca çıxaraq test dəstlərini çeynədiyi görüntülənib.

Həkimlər nümunələrdə koronavirus olduğu təqdirdə, xəstəliyin meymunlara ötürülə biləcəyindən narahatdırlar. Bildirilib ki, əvvəllər də meymunların bu mərkəzdən müxtəlif əşyaları oğurlamaqları müşahidə olunub. Polis test dəstlərinin meymunlar tərəfindən oğurlandığını təsdiqləyib, ancaq meşə departamentinə xəbər verilməsinə baxmayaraq, onların hələ də tutulmadığı bildirilib.

Bölgə rəhbərliyi hadisə ilə bağlı istintaq başladıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi