Mettisin istefasına nə səbəb oldu? - Açıqlama

Mettisin istefasına nə səbəb oldu?
Oxunma sayı: 1184

ABŞ müdafiə naziri Cim Mettis vəzifədən gedəcəyi ilə bağlı məktub yayımlayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, nazir işləmək üçün verdiyi fürsətə görə prezident Donald Trampa təşəkkür edib və etdiyi xidmətə görə qürur duyduğunu bildirib.

28 fevral 2019-cu ildə səlahiyyət müddətinin başa çatacağını deyən Mettis, yeni nazir müəyyənləşənə qədər keçid müddətində bütün dəstəyini göstərəcəyini vurğulayıb.

Mettis vəzifədən getməsinə Trampla fikir ayrılıqlarının səbəb olduğuna da işarə vurub:

“ABŞ-ın əsl gücü müttəfiqləri ilə münasibətlərindədir. Müttəfiqlərə hörmət etmədən öz mənafeyini qoruya bilməz. Çin və Rusiyaya qarşı münasibətimizdə qərarlı və qəti olmalıyıq. Sizin bu məsələlərdə öz düşüncələrinizə daha yaxın bir müdafiə naziri ilə işləmək haqqınız var. Buna görə də mənim vəzifədən ayrılmağım doğru olacaq”.

Qeyd edək ki, Mettisin Trampın ABŞ əsgərlərini Suriyadan çıxarmaq qərarına qarşı olduğu və bu səbəbdən istefa etdiyi iddia edilir.