Metronun yanında mənzil al, qaraj hədiyyən olsun - Fotolar+Video

Metronun yanında mənzil al, qaraj hədiyyən olsun
Oxunma sayı: 4682

İnşaat sektorunda etibar qazanmış Bakıxanov Rezidens Komplekslər Qrupu Bakıxanov qəsəbəsində, “Koroğlu” metro stansiyasından cəmi 2 km aralıqda, Bəşir Bünyadov, 246 ünvanında (https://goo.gl/maps/7QGntLZbUX1qLJwQ7) inşa olunan daha bir maraqlı layihə təqdim edir. Yaşayış ünvanının metroya yaxın olmasına əsas önəm verənlər üçün “Koroğlu” layihəsi bir tapıntı olacaq. Eyni məsafədə həm də şəhərətrafı elektrik qatarlarının “Bakıxanov” stansiya yerləşir.

İki ondördmərtəbəli binadan ibarət olan bu yaşayış kompleksində ümumilikdə 182 mənzil nəzərdə tutulub. Alıcılar bir, iki və üçotaqlı mənzillərdən birini seçə bilərlər. Hər bir mənzildə ayrı mətbəx və eyvan nəzərdə tutulub. Sakinlərə hər blokda iki lift xidmət göstərəcək. Şirkətin digər layihələrində olduğu kimi, “Koroğlu” layihəsində də həyətdə sakinlər üçün skamya və çardaqların quraşdırılması, uşaqlar üçün isə xüsusi əyləncə guşəsinin yaradılması, videomüşahidə vasitəsilə 24 saatlıq mühafizənin təşkil olunması planlaşdırılıb. Fərdi su anbarı sayəsində sakinlər daimi su təchizatından yararlana biləcəklər. Sərfəli yatırım etmək və ya öz biznesini qurmaq istəyənlərə kompleksin birinci mərtəbəsindəki ticari sahələrin təklif olunur.  

Müasir görünüşlü bu kompleksin hal-hazırda üçüncü mərtəbəsinin inşası gedir. Mənzilləri xüsusi qiymət və şərtlərlə almağın əsl vaxtıdır. Mənzillərin 1 m2 qiyməti nağd aldıqda 1150 manat, 36 aylıq faizsiz daxili kreditlə aldıqda isə ilkin ödənişdən asılı olaraq (50% və ya 35%) 1250 və ya 1300 manat təşkil edir. İyul ayında mənzilləri nağd alanları xüsusi təkliflər gözləyir. Belə ki, üçotaqlı mənzilə sahib olanlara qaraj hədiyyə olunacaq. İkiotaqlı mənzilə tam ödəniş edənlər, qaraja yarıqiymətinə sahib ola biləcəklər. Birotaqlı mənzillərin gələcək sakimləri isə qarajı 15% endirimlə əldə edə biləcəklər.

Tikintinin gedişatı, mənzillərin qiymətləri, kredit ödənişləri və planları ilə https://koroglu.rezidens.az/ linkindən tanış ola bilərsiniz. Yarana biləcək bütün suallarla bağlı “Facebook” və “Instagram” sosial şəbəkələr (@rezidens.az) və (050/055/070) 292 11 11 telefon nömrələri vasitəsilə satış məsləhətçiləri ilə əlaqə saxlaya bilərsiniz.

Şirkət barədə məlumat:

Bakıxanov Rezidens Komplekslər Qrupu – özünü daşınmaz əmlak bazarında müsbət tərəfdən tanıtmış, müvəffəqiyyətlə inkişaf edən tikinti şirkətidir. Əsas prinsipi – yüksək ixtisaslı mütəxəssisləri cəlb etməklə, ən son texnologiyalar və materiallar vasitəsilə müasir və keyfiyyətli binalar tikməkdir. Şirkət, davamlı inkişafını bütün fəaliyyət sahələrinin inkişafı, qurulmuş dəqiq strategiyaya riayət etməklə tikinti işlərinin həcminin artması və əlaqələrin genişləndirilməsi sayəsində yeni mövqelərə yüksəlməkdə görür.

Bakıxanov Rezidens Komplekslər Qrupu

Ünvan:

Baş ofis və satış mərkəzi: Bakıxanov qəsəbəsi, S. Mehmandarov küç., 12

“Koroğlu” layihəsinin satış mərkəzi: Bakıxanov qəsəbəsi, B. Bünyadov küç., 246

Tel.: (050/055/070) 292 11 11

www.rezidens.az