Metroda 2 sərnişinin halı pisləşdi

Metroda 2 sərnişinin halı pisləşdi
Oxunma sayı: 1426

Bu gün metronun “Gənclik” stansiyasında iki sərnişinin halı pisləşib.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bir qadın və bir kişi sərnişinlərdə qıcolma əlamətləri müşahidə olunub. Təcili Tibbi Yardıma müraciət olunub və iki briqada göndərilib. 

Onlara ilkin tibbi yardım göstərilib. Daha sonra sərnişinlər öz yollarına davam ediblər.