Messi PSJ-yə 700 milyon avro qazandırıb

Messi PSJ-yə 700 milyon avro qazandırıb
Oxunma sayı: 2483

Lionel Messi PSJ-ə transfer olunduqdan sonra Fransa klubu 700 milyon avro qazanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə tanınmış "Marca" nəşri yazıb. Bildirilib ki, komandanın prezidenti Nasser Əl-Xəlafini heç bir mövsümdə sonuncu mövsümdəki qədər gəlir əldə etmədiklərini açıqlayıb. Belə ki, argentinalı ulduzun transferindən sonra PSJ 10 yeni sponsorluq müqaviləsi imzalayıb.

Messinin gəlişi ilə əsas qazanc forma satışından olub. PSJ-nin tarixində ilk dəfə bir mövsümdə bir milyondan çox forma satılıb ki, bunun da 60 faizi Messi formaları olub.

Messinin gəlişindən sonra Fransa çempionunun sosial şəbəkələrdəki izləyici sayı da 15 milyon artıb.

Qeyd edək ki, Lionel Messi ötən ilin avqustunda "Barselona"dan PSJ-ə transfer olunub.