Məşhurlar Gülşəndən yazır... - Fotolar

Məşhurlar Gülşəndən yazır...
Oxunma sayı: 3970

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Gülşənlə bağlı həbs qərarı verilib və o, həbsxanaya aparılıb.

“Qafqazinfo”nun məlumatına görə, bu, şou və incəsənət nümayəndələrinin etirazına səbəb olub.

Gülşənə dəstək olan həmkarı Hadisə çox üzüldüyünü qeyd edib: “Hamımız insanıq. Yanlışlar və xətalara yol verə bilərik, çünki insanıq. Üzr istəmək ləyaqətdir, üzr də istənildi. Sizə sual verirəm, qadınları vəhşicəsinə öldürən, “iki ay yatıb çıxaram” deyən adamları, uşaqlarının yanında həyat yoldaşını döyən adamları bu gün Gülşənin həbs olunduğu kimi həbs etsəydilər, neçə qadın bu gün həyatda olardı?”

Aktyor Selçuk Yöntem Gülşənə bu sözlərlə dəstək olub: “Hüququn siyasi düşüncələrə uyğun formalaşdığı ölkəmizdə həbs olunması gərəkən onlarla insan “nə də olsa, mənə bir şey olmaz” rahatlığı ilə gəzərkən bir sənətçinin düşüncəsindən dolayı mühakimə və həbs olunmasını “ədalət”li hesab etmirəm”.

Müğənni Sıla Gençoğlunun da reaksiyası gecikməyib: “Ədalət hər kəsə lazımdır, həmişə lazımdır və hər kəsə bərabər lazımdır. Həbs olunmaq nədir?”

Müğənni Göksel də susmayıb: “Aylar öncə deyilmiş bir cümlə üzündən həbs olunmaq? Bu heç əladələtli deyil. Ədalət hər kəsə eyni davranmaq deyilmi? Qaldı ki, Gülşənə, o, üzr istədi. Çox üzülmüşəm”.

Qeyd edək ki, Gülşən İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılmışdı.