Məşhur tennisçi karyerasını bitirir

Məşhur tennisçi karyerasını bitirir
Oxunma sayı: 1053

Amerikalı tennisçi Serena Uilyams təqaüdə çıxmağı planlaşdırdığını bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tennisçi bu haqda “Vogue” jurnalında dərc olunan şəxsi məktubunda yazıb.

“Təəssüf ki, mən bu il Uimbldonu qazanmağa hazır deyildim. Nyu-Yorkda qalib gəlməyə hazır olub-olmayacağımı bilmirəm. Amma cəhd edəcəyəm. Mən meydançada təntənəli vida istəmirəm. Mən vidalaşmaqdan qorxuram, dünyanın ən pis hissidir. Amma lütfən, bilin ki, sizə sözlə ifadə edə bilməyəcəyim qədər təşəkkür edirəm. Məni çox şeyə, qələbələr və çoxlu kuboklara apardınız. Tennis oynayan o qız üçün darıxacağam. Və sizin üçün darıxacağam”, - idmançı qeyd edib.

Qeyd edək ki, Serena Uilyams təklər üzrə 23 dəfə Böyük Dəbilqə yarışlarının qalibidir.