Məşhur proqramdakı aşpazın geyimi gündəm oldu - Fotolar

Məşhur proqramdakı aşpazın geyimi gündəm oldu
Oxunma sayı: 4821

Türkiyənin “TV8” kanalında yayımlanan “MasterChef” verilişində aşpaz Somer Sivrioğlunun geyindiyi paltar sosial mediada gündəm olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Somer Sivrioğlu geyim tərzi ilə bağlı bunları deyib:

“Çəkim çox olduğundan və Asiya mədəniyyətini sevdiyim üçün bu tip geyimlərdə rahatam. Hər kəsin eyni paltarı geyindiyi, eyni mahnıya qulaq asdığı və eyni yeməyi yediyi trend çılğınlığında fərqli olmağı xoşlayıram”.

Məşhur aşpaz sosial şəbəkələrdə yazılan “Ələddinin sehirli çırağından çıxdı”, “İllərdir hicab geyinirəm, beləsini mən belə tapa bilmirəm” tipli şərhlər yazanlara isə təşəkkür edib: “Mən bu cür zarafatları sevirəm, təşəkkürlər”.