Məşhur prodüser vəfat etdi

Məşhur prodüser vəfat etdi
Oxunma sayı: 2095

“Black Sabbath”, “Deep Purple” və “Iron Maiden” kimi rok qruplarla çalışmış britaniyalı prodüser Martin Berç 71 yaşında vəfat edib.

“Qafqazinfo” bildirir ki, bu barədə 1970-ci illərdə “Deep Purple”ın üzvü olan, hazırda “Whitesnake” qrupunun vokalçısı Devid Kaverddeyl tvitterdə məlumat verib.

Prodüserin ölüm səbəbi barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Berç 1992-ci ildə “Iron Maiden”in doqquzuncu albomu – “Fear of the Dark” üzərində işini yekunlaşdırdıqdan sonra musiqi sənayesini tərk edib.