Məşhur geyim koronavirusla mübarizəyə yardım üçün satıldı

Məşhur geyim koronavirusla mübarizəyə yardım üçün satıldı
Oxunma sayı: 1065

Qorxu janrında çəkilən məşhur “Ritüel” (“Midsommar”) filmində Florens Pyunun geyindiyi paltar koronavirusla mübarizəyə yardım məqsədilə satışa çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, Dani obrazının “May kraliçası” adlı çiçəkli paltarı 65 min dollara satılıb. Libas Los-Ancelesdəki muzeylərdən birində auksiona qoyularaq alıcısını tapıb.

Əldə olunan gəlir “FDNY Foundation” təşkilatının büdcəsinə köçrülüb.

Qeyd edək ki, 5 nəfərin çalışdığı geyim 10 min süni güldən hazırlanıb, 13,5 kq ağırlığındadır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi