Məşhur “ELLE” jurnalı Bakıdan yazdı - Fotolar

Məşhur “ELLE” jurnalı Bakıdan yazdı
Oxunma sayı: 3083

Rusiyanın “ELLE” nəşri jurnalın oktyabr buraxılışını 25 müxtəlif üz qabığı ilə nəşr edib.

“Qafqazinfo” xəbər verir ki, burada əsas mövzu xalqların dostluğudur.

“Bu sayda biz Rusiya və keçmiş SSRİ-nin 25 müxtəlif nöqtəsində yerli model və fotoqraflarla hekayələr çəkdik, 25 müxtəlif mədəniyyət və xalqdan danışdıq. Üz qabıqlarında Ukrayna, Gürcüstan, Başqırdıstan, Azərbaycan, Ermənistan, Litva, Yakutiya, Özbəkistan, Qazaxıstan, Dağıstan, Belarus və bir çox digər yerlərdən olan qızlar yer alıb”, - “ELLE Russia” jurnalının instaqram sosial şəbəkəsindəki rəsmi səhifəsində “Xalqlar dostluğu” layihəsi haqda yazılıb.

25 üz qabığından biri Azərbaycana həsr olunub. Kadrların müəllifi fotoqraf Xalid Zeynalovdur. “ELLE” üçün çəkilişdə model Mehin Orucova iştirak edib. Onun stili üzərində uzun müddət Türkiyədə yaşayan və təhsil alan, “L'officiel Azerbaijan”, “Esquire Turkey”, “Esquire Singapore”, “Cosmopolitan Turkey” kimi nəşrlərlə, həmçinin türk estradasının ulduzları ilə əməkdaşlıq edən Murad Vəliyev (Murad High) çalışıb.

“Xalqın gözü tərəzidir! Düzdür, Bakıda bu göz dincəlir - ənənəvi koloritlə futuristik memarlığın, industrialla pastoral mənzərənin qarışığı istənilən esteti ilhamlandırar. Ölçürük və qızıl ortanı alırıq”, - Rusiya “ELLE”si Azərbaycanın paytaxtı haqda danışır.