Meşə yanğınları Rusiyanı da cənginə alıb

Meşə yanğınları Rusiyanı da cənginə alıb
Oxunma sayı: 765

Rusiyada son sutka ərzində meşə yanğınlarının sahəsi 7 min hektar artıb və 82,2 min hektara çatıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hazırda ölkədə 51 yanğın ocağı var.

Yanğınların söndürülməsinə 2 586 nəfər canlı qüvvə, həmçinin 434 ədəd texnika cəlb olunub.