Merkelin partiyası seçkilərdə uduzdu

Merkelin partiyası seçkilərdə uduzdu
Oxunma sayı: 1578

Almaniyanın Sosial Demokrat Partiyası ölkədə keçirilən parlament seçkilərində qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın Federal Seçki Komissiyasının yaydığı ilkin rəsmi məlumatda deyilir.

Məlumata əsasən, sosial-demokratlar səslərin 25,7%-ni toplayıb. Partiya parlamentdə təqribən 205-209 mandat əldə edəcək.

Xristian-Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı (XDİ/XSİ) bloku isə səslərin 24,1%-ni toplayaraq ikinci pillədə qərarlaşıb. Sözügedən blok parlamentdə 194-196 mandat qazanacaq. Qeyd olunur ki, bu, Almaniya Kansleri Angela Merkelin partiyasının federal seçkilərdə topladığı ən aşağı göstəricidir.

Üçüncü pillədə səslərin 14,8%-ni toplaya bilən “Yaşıllar” partiyası qərarlaşıb və təqribən 116-118 mandat əldə edə biləcək.

Bildirilir ki, bununla da Sosial Demokrat Partiyası və Xristian-Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı hökumət qurmaq üçün namizədliklərini irəli sürmək hüququ qazanıb. Almaniya kansleri vəzifəsinə hər iki əsas namizəd - Olaf Şolç (Sosial Demokrat Partiyası) və Armin Laşet (XDİ/XSİ) yeni Almaniya hökuməti qurmağa hazır olduqlarını açıqlayıblar.