Merkel daha Kansler olmaq istəmir

Merkel daha Kansler olmaq istəmir
Oxunma sayı: 1716

Angela Merkel növbəti dəfə Almaniya kansleri postuna namizədliyini irəli sürmək fikrində deyil. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə siyasətçinin özü məlumat verib.

“Yox. Yox. Həqiqətən yox”, - Merkel jurnalistin ona Almaniyada keçiriləcək növbəti seçkilərdə kansler vəzifəsinə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə sualını cavablandırarkən deyib.

“Bu, tamamilə doğrudur”, - Merkel əlavə edib.

Qeyd edək ki, daha əvvəl də o, 2021-ci ildən sonra siyasi karyerasını davam etdirmək fikrində olmadığını bildirmişdi. Merkel siyasi karyerasına kansler kimi səlahiyyət müddəti bitəndən sonra son qoyacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi