“Mercedes”lə traktor toqquşdu - Ölən və xəsarət alan var

“Mercedes”lə traktor toqquşdu
Oxunma sayı: 2665

Cəlilabadda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, Cəlilabad rayon sakini Əliyev Mehti Xasay oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olan zaman qarşı tərəfdən hərəkət edən traktorla toqquşub.

Qəza zamanı "Mercedes"in sürücüsü M.Əliyev hadisə yerində ölüb.

Sərnişini - Allahverdiyev Asim Ramiz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi