“Mercedes-Benz GLB”nin təqdimatı keçirildi - Fotolar

“Mercedes-Benz GLB”nin təqdimatı keçirildi
Oxunma sayı: 2256

21 may 2020-ci il tarixində Mercedes-Benz-in Azərbaycandakı Baş nümayəndəliyi - "Avtokapital-Azərbaycan" MMC Mercedes-Benz GLB-nin “Rəqəmsal” təqdimatını keçirib.

"Qafqazinfo"nun məlumatına görə, yeni GLB Mercedes-Benz-in SUV ailəsinə aid tam yeni, maraqlı və unikal dizayna malik olan modeldir. Bununla yanaşı, avtomobilin uzunluğu, demək olar ki, 4,5 metr, eni isə təxminən 2 metr təşkil edir. İcra xətti və ya seçilmiş opsiyalardan asılı olaraq, interyer, fərdi zövqü nəzərə alaraq, qeyri-adi və müxtəlif formalarda adaptasiya olunur. Həmçinin, 64 rəngdən ibarət komfortlu işıqlandırma ilə kombinasiyada olan işıq effektləri də güclü təsir bağışlayır. Salondakı sərt alüminium haşiyələr avtomobilin yolsuzluq genlərini vurğulayır.

Olduqca praktik salon çoxsaylı transformasiya variantları ilə təchiz edilib. Salon həqiqətən də, çox genişdir, hal-hazırda, 5-yerli avtomobillər təqim olunub, lakin avtomobil 7-yerli də ola bilər. Avtomobilin 7-yerlik variantında olan arxa divanı 14 sm irəliyə doğru tənzimləmək olar. Avtomobil aktiv həyat tərzi sürən insanlara çox uyğundur.

Bu avtomobilin əsas üstünlüklərindən biri – onun praktikliyidir. Transformasiya funksiyaları salonu modelləşdirməyə imkan verir.

4MATIC ötürücüsü ilə təchiz edilmiş GLB modelində DYNAMIC SELECT köməyi ilə təyin olunan Offroad rejiminə əsasən, ABS sistemi yüngül yolsuzluq şəraitinə uyğun adaptasiya olunur. 3-dəndəli multifunksional idman üslublu sükan çarxı ilə GLB avtomobilinin sürücüsü hər bir şeyi öz nəzarəti altında saxlayır. Sağ və sol tərəfdə yerləşən seriyalı Touch-Control düymələrinin köməyi ilə o, alətlər kombinasiyasının ekranı ilə multimedia ekranını idarə edə biləcək. GLB modelindəki indikasiya – tam rəqəmsaldır, sürücü öz kökləmələrini alətlər panelinin üzərində asanlıqla tapa biləcək. Alətlər kombinasiyasının ekranı lazım olan bütün məlumatları geniş və icmal şəklində əks etdirir. Multimedia ekranı ilə birgə o, geniş formatlı kokpit ekranını əmələ gətirir.

Mercedes-Benz Intelligent Drive konsepsiyası təhlükəsizlik və rahatlıq sahəsindəki innovasiyaları özündə birləşdirir. Sürücüyə yardım sistemləri paketi - biri-birini tamamlayan köməkçi sistemləri və eksklüziv funksiyalardan ibarət düşünülmüş kombinasiyadır. Məsələn, 360 kamera, Active Brake Assist, Cross Trafic, hərəkət zolağını saxlanma assitenti, Olü zonalara nəzarət assistenti.

180 (136 a.g.) 200 (163 a.g.) 250 (224 a.g.) və 250 4MATIC mühərrikləri təqdim olunur. Top variantda olan avtomobil 224 a.g. qədər təşkil edəcək ki, bu da bir ton yarımlıq avtomobilin yeddi və ya səkkiz pilləli iki muftalı transnmissiyanın köməyi ilə 8 saniyəyədək sürət yığması üçün kifayətdir. Sürətlə getməyi sevənlər üçün isə GLB 35 AMG adlanan ayrıca versiya buraxılacaq və bu avtomobilin mühərriki 320 a.g. təşkil edəcək.

GLB –yolsuzluq şəraitində özünə arxayın olan, istirahətdə olan zaman mükəmməl yol yoldaşıdır. Biz əminik ki, yeni təklif Mercedes-Benz həvəskarlar üçün olduqca maraqlı olacaq.

Sifariş üçün Azərbaycanda Mercedes-Benz rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:

Autostar Kaukasus Tel.: +994 12 496 50 50 / +99412 976

Abşeron Avtomobil Mərkəzi Тel.: + 994 12 347 78 00








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi