“Məktəbdə yaxşı oxumayıblar və bunu bilmirlər” - Lavrov

“Məktəbdə yaxşı oxumayıblar və bunu bilmirlər”
Oxunma sayı: 4477

“Rusiyanı döyüş meydanında məğlub etməyin zəruriliyini bəyan edən Qərb siyasətçiləri, yəqin ki, məktəbdə yaxşı oxumayıblar və bunu bilmirlər”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Yevgeni Primakov gimnaziyasının “Liderə 100 sual” layihəsi çərçivəsində çıxış edən XİN rəhbəri bildirib ki, Qərbdə Rusiyanı yaxşı tanımırlar:

“Deyirlər ki, Rusiya uğursuzluğa düçar olmalıdır, Rusiya məğlub edilməlidir, Rusiya döyüş meydanında uduzmalıdır. Əminəm ki, siz tarixi bu cür ovsun atan Qərb siyasətçilərindən yaxşı bilirsiniz. Onlar keçmişi və Rusiyanın nə olduğunu başa düşdüklərindən yanlış nəticələr çıxarırlar”.

Xarici işlər naziri əmin olduğunu bildirib ki, sonda Qərb yer üzündəki reallığı tanımalı olacaq. Qərb etiraf etməyə məcbur olacaq ki, Rusiyanın həyati maraqlarına, ruslara, harada olursa olsun, daima hücum etmək mümkün deyil.