Meksikada qasırğa baş verdi, 3 nəfər öldü

Meksikada qasırğa baş verdi, 3 nəfər öldü
Oxunma sayı: 430

Meksikanın ABŞ sərhədində yerləşən Noqales qəsəbəsində fırtına baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sel zamanı 3 nəfərin həyatını itirdiyi, 11 nəfərin təcili yardım qrupları tərəfindən xilas edildiyi bildirilib.

Həyatını itirənlərdən biri 56 yaşlı qadın olub. 6 və 8 yaşlı iki qız isə anaları ilə taksidə gedərkən suda boğularaq ölüb. Ana avtomobildən çıxa bilsə də, qızlarını xilas edə bilməyib.