Meksikada metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı artdı - Yenilənib

Meksikada metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı artdı
Oxunma sayı: 1782

Meksikanın paytaxtı Mexiko şəhərində qatar keçdiyi zaman metro körpüsü çöküb.

“Qafqazinfo” xəbər verir ki, şəhər meri Klaudia Şaynbaum hadisə nəticəsində 15 nəfərin həlak olduğunu, təxminən 80 nəfər xəsarət aldığını bildirib.

Hadisə Mexikonun cənub-şərqində, Olivos və Tesonko stansiyalarının yaxınlığında baş verib.

Metro körpüsünün qatarla birlikdə çökdüyü bildirilib.

***

Hadisə nəticəsində ölənlərin sayı 20-yə yüksəlib, xəsarət alan 49 nəfər xəstəxanaya yerləşdirilib.

***

Hadisə nəticəsində ölənlərin sayı 23-ə, xəstəxanaya yerləşdirilən yaralıların sayı isə 65-ə yüksəlib.