Məhkəmə Cəlil Nəzərovla bağlı qərar verdi

Məhkəmə Cəlil Nəzərovla bağlı qərar verdi
Oxunma sayı: 5815

Yanvarın 22-də Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Masallı rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib.

"Qafqazinfo" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Faiq Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə Cəlil Nəzərov barəsində təqdimata baxılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, C.Nəzərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, əməliyyat zamanı baş həkimlə yanaşı, xəstəxananın baş mühasibi Sətulla Məmmədov da saxlanılmışdı.