Mədəniyyət naziri koronavirusa yoluxdu

Mədəniyyət naziri koronavirusa yoluxdu
Oxunma sayı: 6758

Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilir ki, nazirdən yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb. 

Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşları da qaydalara uyğun olaraq karantinə alınıb və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirir.