“McDonald's” “Big Mac” ətirli duş geli hazırladı - Video

“McDonald's” “Big Mac” ətirli duş geli hazırladı
Oxunma sayı: 936

Avstriyadakı yerli “McDonald's” menyunun ən məşhur yeməklərindən olan “Big Mac” ətirli duş geli buraxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TechnikNews” məlumat yayıb.

Qeyri-adi gigiyena məhsulunu şəbəkənin restoranlarında toplanan xallara görə əldə etmək mümkündür. Hər sifariş üçün “McDonald's” tətbiqinə xal əlavə olunur.

Təklif yalnız Avstriyada keçərlidir. Belə ki, orada 20 ədəd toyuq tikələri alarkən 8 xal, “Sezar” salatı üçün isə 5 xal əldə etmək mümkündür. Duş geli almaq üçün isə 15 xal toplamaq lazımdır.