Masallının prokuroru da işdən çıxarıldı

Masallının prokuroru da işdən çıxarıldı
Oxunma sayı: 4687

Baş prokuror Kamran Əliyev daha bir prokuroru işdən çxıarıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumat yayıb. Onun sözlərinə görə, Baş Prokurorun imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Eyni zamanda, həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı” ilə təltif edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi