Masallıdakı yanğının söndürülməsinə bu qüvvələr cəlb olundu - Video

masallidaki-yanginin-sondurulmesine-bu-quvveler-celb-olundu
Oxunma sayı: 698

Masallının Qəriblər kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edir.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.