Marneulidə binanın eyvanı uçdu, ölənlər var

Marneulidə binanın eyvanı uçdu, ölənlər var
Oxunma sayı: 1665

Gürcüstanın şərqində, azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində beşmərtəbəli yaşayış binasının eyvanı uçub.

“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 

Ölənlərdən biri hamilə qadındır.

Eyvanın çökməsinin səbəbi hələlik müəyyən edilməyib.