Türkiyənin kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi Marmarisdə baş verən meşə yanğını ilə bağlı açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda nazir tviter hesabında məlumat paylaşıb.
O qeyd edib ki, yanğınla mübarizə çətin şərtlər altında davam edir:
“Külək və temperaturun artması yanğını yenidən alovlandırdı”.